Şəki rayonu Qoxmuq kəndində yerləşən “ QLADİATOR ” İdman Klubunda Şəki rayon ictimayətinin geniş tərkibdə tanınmış nümayəndələri və Haqq Ədalət Partiyasının çoxsaylı üzvlərinin iştirakı ilə HƏP-in Şəki Rayon Təşkilatının sədr müavini, “QLADİATOR” İdman Klubunun rəhbəri, qaydasız döyüş üzrə dəfələrlə Avropa və Rusiya çempionu olmuş Azad Məmmədovun təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə cüdo üzrə açıq birincilik keçirilib.
Yenisabah.az xəbər verir ki, yarışda 15 şəhər və rayondan 150-dən çox idmançı iştirak edib. İdmançılar 16 çəki dərəcəsində mübarizəyə qoşulub.
Yaş kateqoriyaları üzrə çəki dərəcələri : Toyuqlu pizza
Oğlanlar:
(2008 – 2010) – 42 kq, 46 kq, 50 kq, 55 kq, 60 kq, 66 kq, 73 kq) ;
Qızlar :
(2008 – 2010) – 44 kq , 48 kq , 52 kq , 57 kq, 63 kq
(2011 – 2013) – 32 kq, 36 kq, 40 kq, 44 kq, 48 kq, 52 kq, 57 kq) çəki dərəcələrində mübarizə aparmışlar.
Yarış hər çəki dərəcəsi üzrə 1-ci, 2-ci, 3-cü yerləri tutmuş idmançılara Şəki – Zaqatala Regional İdman İdarəsi və Qladiator İdman Klubu tərəfindən diplom və medallarla təltif edilib.
Yarış ölkəmizin idman ictimayəti tərəfindən diqqətlə izlənilib.
Yarışı media orqanları olan Azərbaycan Televiziyası, ARB Telekanalı və bir çox internet televiziya kanalları işıqlandırmaq üçün tədbirdə iştirak edib.
Tədbirin sonunda 26 avqust 2024-cü ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya doğum günü münasibətilə bütün yarış iştirakçıları, Şəki rayon ictimayəti və tədbirdə iştirak edən Haqq Ədalət Partiyasının çoxsaylı üzvləri adından təbrik ünvanlanıb.
Telegram kanalımız