Şəkidə narkotik satan dörd nəfər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Şəkidə narkotik satan dörd nəfər saxlanıldı

Kriminal

06 Noyabr 2020 13:53 927


Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenisabah.az-a verilən xəbərə görə, Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakinləri A.Əliyev və R.Adilov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə A.Əliyevə və R.Adilova narkotik vasitəni satmaqda şübhəli bilinən Şəki şəhər sakini V.Mahmudov da müəyyən edilərək saxlanılıb və şəxsi axtarış zamanı ondan da marixuana götürülüb. pizza hut

Polis əməkdaşları tərəfindən V.Mahmudova narkotik vasitəni satmaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Q.Şirinov da saxlanılıb. Yaşadığı evə baxış zamanı oradan marixuana və elektron tərəzi aşkarlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!