Şəkidə obyektə ov tüfəngi ilə atəş açmaqda şübhəli bilinən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Şəkidə obyektə ov tüfəngi ilə atəş açmaqda şübhəli bilinən şəxs saxlanıldı

Hadisə

28 Noyabr 2023 22:18 887


Şəkidə obyektə ov tüfəngi ilə atəş açmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, noyabrın 28-də saat 19:30 radələrində Şəki şəhərində yerləşən obyektlərdən birinə naməlum şəxs tərəfindən ov tüfəngi ilə atəş açılması barədə şəhər-rayon polis şöbəsinə məlumat daxil olub. pizza hut

Polis əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd olunan hadisəni törətməkdə şübhəli bilinən Şəki şəhər sakini, 1989-cu il təvəllüdlü Famil Abduləli oğlu  Səmədov saxlanılıb.

Ondan hadisə zamanı istifadə etdiyi tüfəng maddi sübut kimi götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!