Şəkidə sahibkar həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Şəkidə sahibkar həbs olundu

Hadisə

28 Oktyabr 2024 19:44 1065


Şəki şəhərində yerləşən "Şərifoğlu" tikinti materialları mağazasının sahibi həbs edilib.

Yenisabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 36 yaşlı iş adamı S.Kərimli (şərti) barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilib.

Bildirilib ki, Şəkidə tarixi məkanlara gedən marşrutun üzərində yerləşən mağazanın sahibi dəfələrlə tikinti materiallarını Zərifə Əliyeva küçəsinin kənarına və səkiyə yığıb. Ona həmin yerlərə materialları yığmaması barədə xəbərdarlıq edilsə də, əhəmiyyət verməyib. Dördpendirli pizza

Növbəti monitorinq zamanı S.Kərimli polis əməkdaşlarının tələbinə qarşı çıxıb və satış üçün nəzərdə tutulmuş malları anbara daşımayıb.

Onun barəsində İXM-in 510 və 535-ci maddələrinə əsasən, protokol tərtib edilərək məhkəməyə göndərilib.

Şəki Şəhər Məhkəməsinin qərarı ilə sahibkara 15 sutka inzibati həbs cəzası verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!