Şəkidə Türkiyə vətəndaşına məxsus TIR yandı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Şəkidə Türkiyə vətəndaşına məxsus TIR yandı - Fotolar

Hadisə

02 Dekabr 2023 15:47 781


Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Şəki rayonunun Çayqaraqoyunlu kəndi ərazisindən keçən hissəsində Türkiyə vətəndaşına məxsus yük avtomobili yanıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hərəkətdə olan TIR markalı yük avtomobilində anidən yanğın baş verib.

Əraziyə Yevlax və Şəki rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğınsöndürən texnikaları və şəxsi heyətləri cəlb olunub. pizza

Yanğın nəticəsində yük avtomobilinin ön hissəsi yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!