Avstriyada Alp dağlarının zirvəsində dostunun fotosunu çəkmək istəyən şəxs dayandığı yerdən yıxılaraq həyatını itirib.
Yenisabah.az xəbər verir ki, polisin verdiyi məlumata görə, 77 yaşlı alman kişi və onun 63 yaşlı ispan qadın dostu dəniz səviyyəsindən 2870 metr yüksəklikdə yerləşən Alp dağlarına, Avstriya-İsveçrə sərhəddinə yürüş ediblər.
Zirvədə dostunun şəklini çəkdikdən sonra müvazinətini itirən şəxs təxminən 60 metr hündürlükdən yıxılaraq dünyasını dəyişib. pizza
Ölən şəxsin cəsədi düşdüyü yerdən polis helikopteri tərəfindən çıxarılıb.
Telegram kanalımız