“Şəkinin deputatlarının adı heç bir dəftərdə yoxdur”

saytların hazırlanması

Evə çatdırılma

“Şəkinin deputatlarının adı heç bir dəftərdə yoxdur”

Siyasət

09 İyul 2024 18:03 944


“Qarşıdan gələn növbədənkənar parlament seçkilərində iştirak edəcək hamıya uğurlar arzu edirəm. Mən indikiləri tanımıram, köhnələrdən bəzilərini tanıyıram”. 

Yenisabah.az xəbər verir ki, bu sözləri Manset.az-a açıqlamasında Baş nazirin sabiq müavini Abid Şərifov bildirib. 

O, açıqlamasında anadan olduğu Şəki rayonundan olan deputatları tanımadığını deyib:  pizza hut

“İstərdim ki, parlamentdə təmsil olunacaq deputatlar professional, insanlara ürəyi yanan, iş bilən olsun. Şəkidə 2-3 gün qaldım, gəldim. Vallah orda deputatları tanıyan yoxdur. Təkcə Cavanşiri tanıyıram, ona heç bir söhbət yoxdur. Amma o biriləri tanımıram. Təzə bir-iki nəfər var, onların da adı heç bir dəftərdə yoxdur”. 

Müxbirin “Bəs parlamentin yaşlı deputatları ilə bağlı nə deyə bilərsiniz?” sualına Abid Şərifovun cavabı belə olub: 

“Qocalara gəldikdə isə mən o barədə çox şey danışmayacam. Bütün qoca deputatlara cansağlığı arzulayıram. Onlara uğurlar diləyirəm”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!