Səkkiz yeni bərpa mərkəzi istifadəyə veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Səkkiz yeni bərpa mərkəzi istifadəyə veriləcək

Sosial

17 İyul 2020 12:07 832


“Bu il səkkiz yeni bərpa mərkəzinin istifadəyə verilməsi planlaşdırılır”.

Yenisabah.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, respublikamızın dörd regionunda regional bərpa mərkəzləri artıq tam şəkildə təmir olunub və istifadəyə hazırdır. Dominos pizza

Nazir qeyd edib ki, bunlar Sumqayıt, Lənkəran, Xaçmaz və Şəki regional reabilitasiya mərkəzləridir:

“İlin sonuna qədər isə Şağan Əlilliyi olan şəxslərin Müalicə Pansionatı, Şirvan Əlilliyi olan şəxslərin regional Bərpa Mərkəzi, eləcə də, Qəbələ və Şəmkirdə Uşaq Bərpa Mərkəzləri vətəndaşların istifadəsi üçün tam hazır vəziyyətə gətiriləcək”, - deyə nazir diqqətə çatdırıb.

O əlavə edib ki, bu müəssisələrin istifadəyə verilməsi ilə ölkədə reabilitasiya imkanları iki dəfədən çox artırılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!