“Şəklimi hansı şərəfsiz yayıb...” – Fotosu yayılan şəxs danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Şəklimi hansı şərəfsiz yayıb...” – Fotosu yayılan şəxs danışdı

Kriminal

12 Avqust 2020 12:23 3203


Xəbər verdiyimiz kimi, dünən sosial şəbəkələrdə “Bandotdel”də insanlara işgəncə verilməsini əks etdirdiyi iddia olunan fotolar yayılmışdı. 

“Yeni Sabah” bildirir ki, Unikal.org polisə “işlədiyi” bildirilən Elnur Qasımovla əlaqə yaradaraq məsələnin təfərrüatını öyrənib:

"Mən özüm taksi sürücüsüyəm, polislə heç bir əlaqəm yoxdur.Dünəndən aləm dəyib bir-birinə, bütün qohum-əqrəba mənim üstümə düşüb. Şəklimi hansı şərəfsiz yayıb, bilmirəm. Mən hüquq-muhafizə orqanlarına və məhkəməyə şikayət etməyə gedirəm. Polislə heç vaxt əlaqəm olmayıb, hazırda da yoxdur. pizza mizza

 Mən sıravi vətəndaşam, ailəmi güclə dolandıran bir şəxsəm. Mənim şəklimi yayaraq polislə adımı hallandırmaq yolverilməzdir, mənə və ailəmə böyük təhqirdir. Mən o şəkilləri yayanları tapacağam. Digər fotolarda olan şəxsləri də tanımıram”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!