Seksual manyakı xəstə adı ilə azadlığa çıxarmaq istəyirlər 

saytların hazırlanması

Evə çatdırılma

Seksual manyakı xəstə adı ilə azadlığa çıxarmaq istəyirlər 

Kriminal

11 May 2020 17:18 1274


Azyaşlılara qarşı seksual xarakterli hərəkətlər edən Buğumov İbrahim Xankərəm oğlunun vəkili apellyasiya şikayəti verib. 

“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilən İ.Buğumovun məhkəmə prosesinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədov sədrlik edəcək. 

Məhkumun vəkili Namiq Hacıyevin “Yeni Sabah”a verdiyi məlumata görə, İ.Buğumova bəraət verilməlidir: “Müdafiə etdiyim şəxs tam anlaqsızdır. Onda şizoferiniya paranold forma, fasiləsiz gedişli, dərin paranold xəstələyi var. O, dəfələrlə 1 saylı Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicə olunub. Belə ki, bu xəstəlik ona irsən keçib. Ondan başqa bir neçə ailə üzvidir şizofreniya xəstəsidir”.  Pepperoni pizza

Qeyd edək ki, 2015-ci ildə Xırdalan şəhərində azyaşlı uşaqlara təcavüz edən manyakın fotosu sosial şəbəkələrdə yayılıb. Həmin şəxs altı yaşlı uşağa təcavüz etmək istəyərkən tutularaq ətrafdakı insanlar tərəfindən döyülüb. Sakinlər tərəfindən döyülən şəxsi əraziyə gələn polis əməkdaşları şöbəyə aparıb. Daha sonra məlum olub ki, 6 yaşlı uşağa qarşı seksual xarakterli hərəkət edərkən sakinlər tərəfindən yaxalanan 1979-cu il təvəllüdlü Buğumov İbrahim Xankərəm oğlu əvvəllər məhkumluq həyatı yaşayıb. Seksual manyakla bağlı Abşeron rayon Polis İdarəsinə 3 nəfər Xırdalan sakini müraciət edib. Onlar manyakın 7-8 yaşlı uşaqların köməksiz vəziyyətdə olmasından istifadə edərək onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyini bildiriblər. 

Onu da qeyd edək ki, İbrahim Buğumov əvvəllər də eyni əmələ görə məhkum olunub. O, 15 may 2015-ci il tarixdə, saat 20:45-də sərxoş vəziyyətdə Binəqədi rayonu, Azadlıq prospekti 185 saylı ünvanda binanın liftində 2009-cu il təvəllüdlü Leyla (ad şərtidir) qarşı seksual xarakterli hərəkətlər edib. İbrahim Buğumov Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) maddəsi ilə ittiham edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2016-cı il tarixli hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İbrahim Buğumov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, ədalətli hökm çıxarılmasını istəyib. 

Bakı Apelyasiya Məhkəməsinin 22 iyul 2016-cı il tarixli qərarı ilə İbrahim Buğumovun əməli Cinayət Məcəlləsinin 153-cü (əxlaqsız hərəkətlər etmək) maddəsinə tövsif edilib və onun cəzası 1 il 6 aya endirilib. Ona təyin edilmiş cəza həbsdə yatdığı günlə hesablanıb və məhkəmə zalından azadlığa buraxılıb. Prokurorluğun protesti ilə Ali Məhkəmə apelyasiya instansiyasının bu qərarı ləğv edilib və işin yenidən apellyasiya instansiyasında araşdırılması barədə qərar qəbul olunub. İş materialları baxılması üçün yenidən Bakı Apelyasiya Məhkəməsinə qaytarılıb. Apelyasiya instansiyasında işə hakim Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada baxılıb və prokurorun protesti təmin edilib. 

Azər İsrafilov

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!