Sektor müdiri işlədiyi nazirliyi məhkəməyə verdi

saytların hazırlanması

Evə çatdırılma

Sektor müdiri işlədiyi nazirliyi məhkəməyə verdi

Kriminal

28 Aprel 2020 11:05 1210


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Gədəbəy rayon şöbəsində işləmiş şəxs pensiyasından narazı olduğu üçün keçmiş nazirliyini məhkəməyə verib. 

“Yeni Sabah”ın xəbərinə görə, Rəsulova Xoşqədəm Qafar qızı iddiaçı qismində, ƏƏSMN-yi yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat idarəsi isə cavabdeh qismində tanınıb. Məhkəmə prosesi may ayının 7-də Bakı İnzibati Məhkəməsində hakim Nəriman Abıyevin sədrliyi ilə keçiriləcək. 

Qeyd edək ki, Xoşqədəm Rəsulova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Gədəbəy rayon şöbəsində Sosial sığorta sektorunun müdiri vəzifəsində çalışıb.  Dominos pizza

Azər İsrafilov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!