Sel Bakı-Şamaxı yolunu bu hala saldı -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Sel Bakı-Şamaxı yolunu bu hala saldı - VİDEO

Hadisə

28 Avqust 2023 08:02 13243


Dünən sel səbəbindən bağlanan Bakı-Şamaxı-Yevlax avtomobil yolu bu gün bərpa olunub.

Xezerxeber.az xəbər verir ki, səhər saatlarından sel nəticəsində yola yığılmış lilin təmizlənməsi və təmir-bərpa işləri davam etdirilir.

Əraziyə Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi və texnikası cəlb olunub. Zədələnmiş elektrik və rabitə dirəklərinin də bərpa edilir. pizza sifarişi

İsmayıllı rayon Mollaisaqlı kəndində isə seldən sonrakı mənzərə belədir.

Ehtiyat su anbarının torpaq bəndinin uçması nəticəsində böyük su kütləsi kəndin içərisində keçib. Bəndə yaxın olan evlər tamamilə yararsız vəziyyətə düşüb. Sel kəndin əsas yollarını dağıdıb.

Bu gün səhər saatlarından aidiyyəti qurumların əməkdaşları kəndə dəymiş ziyanla bağlı işlərə başlayıblar.

Dəymiş ziyanın miqyası ilə bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!