Sel fəlakəti: Ölənlərin sayı 111-ə çatdı

saytların hazırlanması

Evə çatdırılma

Sel fəlakəti: Ölənlərin sayı 111-ə çatdı

Dünya

15 İyul 2025 15:54 352


Pakistanda son günlərdə baş verən güclü yağışlar nəticəsində baş verən sel və daşqınlar faciəyə səbəb olub.

Yenisabah.az xəbər verir ki, ölkənin müxtəlif bölgələrində yağan aramsız yağışlar nəticəsində ən azı 111 nəfər həyatını itirib. Təbii fəlakət nəticəsində çox sayda ev və infrastruktur obyektləri dağılıb, yollar və körpülər sıradan çıxıb.

Pakistan Milli Fəlakətlərlə Mübarizə Agentliyi tərəfindən verilən məlumata görə, ölkənin cənub-qərbində yerləşən Bəlucistan əyaləti fəlakətdən ən çox zərər görən bölgələrdən biridir. Qeyd olunur ki, ölənlər arasında qadınlar və uşaqlar da var. Dominos pizza

Rəsmilər bildirib ki, təbii fəlakətə qarşı fövqəladə tədbirlər görülür, təxliyə və humanitar yardım işləri davam edir. Yağışların qarşıdakı günlərdə də davam edəcəyi gözlənilir.

Rəvan Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!