Sel Giləzi-Xızı yolunu bağlayıb, əraziyə xilasedicilər cəlb olunub

saytların hazırlanması

Evə çatdırılma

Sel Giləzi-Xızı yolunu bağlayıb, əraziyə xilasedicilər cəlb olunub

Hadisə

30 Avqust 2023 07:43 464


Xızıda yağan qısamüddətli leysan yağışları bir sıra fəsadlar törədib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sel suları nəticəsində yaranan palçıq kütləsi Giləzi-Xızı avtomobil yolunun hərəkət hissəsinə dolub. Bu səbəbdən hazırda yol bağlanıb.

Hadisə şahidlərinin bildirdiyinə görə Giləzi-Xızı avtomobil yolunun 6-10-cu kilometrliklərində avtomobillərdə köməksiz vəziyyətdə qalanlar var. pizza sifarişi

Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, Dövlət Yol Polisi əməkdaşları, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumunun və digər müvafiq icra strukturlarının nümayəndələri cəlb olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!