Sel Göyçayın iki kəndinin əhalisi üçün təhlükə yaratdı

saytların hazırlanması

Evə çatdırılma

Sel Göyçayın iki kəndinin əhalisi üçün təhlükə yaratdı

Hadisə

26 Avqust 2023 23:09 876


Bu gün axşam saatlarında İsmayıllı rayonuna yağan güclü leysandan sonra əmələ gələn sel suları dağətəyi ərazidə yerləşən Göyçayın Qarabaqqal və Bığır kəndlərinin əhalisi üçün təhlükə yaradıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, sel suları Qarabaqqal kəndi ərazisindəki zibil poliqonunu dağıdıb, ərazidəki tullantılar yaxınlıqdakı Qarabaqqal və Bığır kəndlərinin suvarma arxlarına tökülüb. Nəticədə arxın suyunu içən ev heyvanları üçün, eləcə də əkin sahələrini suvaran, bu sudan məişətdə istifadə edən insanların sağlamlığı üçün təhlükə yaranıb.

Qeyd edək ki, Göyçay şəhərinin zibil və tullantıları Qarabaqqal kəndinin yuxarı hissəsinə, mal-qaranın dağlıq ərazidəki örüş sahəsinə tökülür. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!