Sel zamanı xəsarət alan neçə adam TƏBİB-ə müraciət edib?

saytların hazırlanması

Evə çatdırılma

Sel zamanı xəsarət alan neçə adam TƏBİB-ə müraciət edib?

Sosial

17 Aprel 2025 12:49 132


Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Şabran, Siyəzən və Ağsu rayonlarından güclü yağış yağması ucbatından yaranan çətinliklər fonunda vətəndaşların müraciətləri qeydə alınıb. 

Yenisabah.az TƏBİB-ə istinadla xəbər verir ki, Siyəzəndə 57 nəfərə yerində ilkin tibbi yardım göstərilib. Həmin şəxslərdən daha ixtisaslı tibbi yardıma ehtiyacı olanlar təxliyə edilərək Siyəzən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Hazırda 26 nəfərin müalicəsi stasionar olaraq davam etdirilir. 

Şabran rayonu ərazisindən 1970-ci il təvəllüdlü kişi Şabran Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Təcili tibbi yardım şöbəsinə yerləşdirilən şəxsə zəruri tibbi yardımlar göstərilib və ambulator müalicə üçün evə buraxılıb. Pepperoni pizza

Ağsuda 3 kişi Şamaxı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Onlardan iki nəfərin müalicəsi Terapiya şöbəsində davam etdirilir, vəziyyətləri stabildir. Digər şəxsin vəziyyəti isə qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

xatırladaq ki, hadisə nəticəsində bir nəfərin ölüm faktı qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!