Belarus Prezidenti Aleksabdr Lukaşenko hakimiyyət bölgüsünə hazır olduğunu bəyan edib. Yenisabah.az Rusiya KİV-inə istinadən xəbər verir ki, Belarus Prezidenti konstitusiyanın üçüncü variantının hazırlanmasının üzərində iş getdiyini bildirib.
Aleksandr Lukaşenkonun sözlərinə görə, ona konstitusiyanın iki variantı təqdim edilib. Lakin o hər iki variantı rədd edib. “Hər ikisi hazırkı konstitusiyadan az fərqlənirdi, qəbul etmədim. Gəlin, oturun, konstitusiya üzərində çalışaq”, – deyə Belarus Prezidenti əlavə edib.
O əlavə edib ki, yeni konstitusiyaya hakimiyyət səlahiyyətlərinin bölgüsü ilə bağlı maddə əlavə edilə bilər. “Mən səlahiyyətlərimin bölüşdürülmsinə hazıram. Lakin təzyiq və ya küçə yolu ilə yox”, - deyə Aleksandr Lukaşenko vurğulayıb. pizza mizza
Telegram kanalımız