Səlim Müslümov işi: “Vəzifədə qalmağım üçün 15 min pul istədilər“

saytların hazırlanması

Evə çatdırılma

Səlim Müslümov işi: “Vəzifədə qalmağım üçün 15 min pul istədilər“

Kriminal

17 Oktyabr 2022 18:20 2771


Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun məhkəmə prosesi keçirilib.

“Yeni Sabah” xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə ifadə verən şahid Həbib Məmmədov bildirib ki, o tikinti işləri ilə məşğuldur: 

“Özümə məxsus tikinti şirkətim var. İndi də tikinti işləri ilə məşğulam. 2015-ci ildə Qarabağ əlilləri və şəhid ailələrinə Naftalan, Zərdab,  Şamaxı , Tərtər və Qaxda ev tikilməsi ilə bağlı nazirlik tender elan eləmişdi. Tenderdə iştirak etdim, qalib gəldim. pizza

Tenderdə qabaq nazirliyin tikilməkdə olan obyektlərin rəhbəri Natiq Əzizovla görüşdüm. 13 ev tikmişəm, hər bir evi tikməyimə görə Natiq Əzizova 3 min manat vermişəm. Ümumilikdə Natiq Əzizova 39 min manat vermişəm”.

Dindirilən digər şahid Akif Məmişov isə ifadəsində deyib ki,  2014-cü ildən 2020-ci ilə qədər Sosial Müdafiə Fondunun Cəbrayıl rayon şöbəsinin müdiri işləyib: 

"1994-cü ildən fondda müxtəlif vəzifələrdə işləmişəm.  2014-cü ildən isə rəis təyin edildim.  İşlədiyim dövrdə şöbədə yoxlamalar aparılıb. Axırıncı dəfə 2017-ci ildə yoxlama zamanı nöqsanlar aşkarlandı. Bir gün sonra Daxili Nəzarət şöbəsinin müdir müavini Nizami Xanlarov məni nazirliyə çağırdı. Dedi ki, nöqsanların qarşılığında 15 min manat verməlisən. Mən dedim ki, məndə o qədər pul yoxdur. Bir az söhbət edəndən sonra 13 min istədi. Mən də razılaşdım. 13 min manatı verəndən sonra işdən çıxarmadılar, formal töhmət elan elədilər. Amma vəzifəmdə qaldım".

DSMF Sumqayıt, Astara, Ağcabədi, Xocavənd Yevlax Göygöl şöbələrinin müdirləri məhkəməyə gəlməyib. Həmin şəxslərin məcburi məhkəməyə gətirilməsi barədə qərar verilib.

Qeyd edək ki, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 2021-ci ilin  fevral ayında Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən saxlanılmışdı. S.Müslümov Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvətalma), 313 (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir.

Nəzrin Cavadzadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!