Səlim Müslümov, Ziya Məmmədov, Heydər Əsədov bir arada...

saytların hazırlanması

Evə çatdırılma

Səlim Müslümov, Ziya Məmmədov, Heydər Əsədov bir arada...

Siyasət

22 May 2019 13:10 3823


Azərbaycanın sabiq nazirləri uzun müddətdən sonra bir arada görünüblər.

Eks-nazirlər - Səlim Müslümov, Ziya Məmmədov, Heydər Əsədov və keçmiş hərbi komissar Əliağa Hüseynov "Range Rover" markalı maşınla “Heydər Məscidi”nə hüzr mərasiminə təşrif buyurarkən kameraların hədəfinə tuş gəliblər.

Onların ardınca Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmov da “Mercedes Vito” markalı avtomobillə hüzr mərasiminə gəlib. pizza hut

Qeyd edək ki, Səlim Müslümov hazırda Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasında müəllim, Heydər Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru, Əliağa Hüseynov Milli Məclisin deputatı, Abel Məhərrəmov isə BDU-nun "Üzvi kimya" kafedrasının rəhbəri kimi fəaliyyət göstərir.

Lent.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!