Səlim Müslümovun məhkəməsi: 27 milyon manat ziyan vurulub

saytların hazırlanması

Evə çatdırılma

Səlim Müslümovun məhkəməsi: 27 milyon manat ziyan vurulub

Maraqlı

09 Yanvar 2023 17:26 884


Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

"Report" xəbər verir ki bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri iş üzrə hər hansı bir vəsatətlərinin olmadığını bildiriblər. 

Məhkəmədə bildirilib ki, istintaqda ümumilikdə 27 milyon mənimsəmə və israfetmə faktı qeydə alınıb.  pizza

Qeyd olunub ki, cinayət işində adı keçən bəzi fərdi tikinti işləri ilə məşğul olan şirkətlər iş görən zaman mənimsəmə hallarına yol veriblər, onlar ümumilikdə 7 milyon mənimsəyiblər. 

Bununla bağlı istintaq orqanı tərəfindən ayrıca iş açılıb. Həmin istintaq zamanı bu günə qədər dövlətə dəymiş ziyanın 1 milyon 500 min manat təşkil edən hissəsi ödənilib. 

Səlim Müslümov isə özü tərəfindən dövlətə dəymiş bütün ziyanı - 20 milyon manatı ödəyib. 

Prosesdə dövlət ittihamçısı istintaqın yekunlaşdırılmasına dair fikirlərini bildirmək üçün məhkəmədən vaxt istəyib. 

Məhkəmənin növbəti iclası yanvarın 23-nə təyin edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!