Səlim Müslümovun vəziyyəti ağırlaşdı: Müalicə müəssisəsinə köçürüldü

saytların hazırlanması

Evə çatdırılma

Səlim Müslümovun vəziyyəti ağırlaşdı: Müalicə müəssisəsinə köçürüldü

Maraqlı

21 May 2022 14:37 1778


Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun səhhətində problem yaranıb.

Yenisabah.az xəbər verir ki, ilkin müayinədən sonra sabiq nazir Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasından Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.

Hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir. Pepperoni pizza

Xatırladaq ki, Səlim Müslümov DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.

Sabiq nazir Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib./Apa


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!