Ağsu rayonunda isə selin ekskavatoru aparması nəticəsində xəsarət alan 3 nəfər (kişi cinsli) Şamaxı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Yenisabah.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Onlardan 2 nəfərin müalicəsi Terapiya şöbəsində davam etdirilir, vəziyyətləri stabildir. Digər şəxsin vəziyyəti isə qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb. Sözügedən hadisə nəticəsində 1 nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb. Dominos pizza
Hazırda bölgələrdə müvafiq istiqamətdə tədbirlər fasiləsiz davam etdirilir.
Telegram kanalımız