"Əcəmi" metrostansiyası tərəfdəki “Şaurmacı Murad Usta” adlı dönərxanada ətin sellofan paketdən çıxarılmadan bişirilir.
Yenisabah.az xəbər verir ki, “Professional Kulinarlar Cəmiyyəti” İctimai Birliyinin sədri Ağa Aşurov hazırda qida sahəsində vəziyyətin acınacaqlı olduğunu bildirib:
“Bəzi dönərxanalar keyfiyyətsiz məhsullardan istifadə edir və buna da çoxları göz yumur. Təəssüf ki, ölkədə ictimai qınaq çox aşağı səviyyədədirr”. Toyuqlu pizza
Birlik sədrinin sözlərinə görə, məsələ ilə bağlı illərdir şikayətlər edilsə də, nəticə yoxdur:
“Sahibkarların əksərində vicdan və rəhm hissi yoxdur. Özüm də sahibkaram, amma 1000 nəfərə yemək hazırlasaq belə, gəlir əldə etmirik. Çünki tanınmış şirkətlərin məhsullarından istifadə etmirik. Onların ərzaqları insanları zəhərləməkdən başqa bir işə yaramır. Yoxlamaq istəyən olsa, buyursun, laboratoriyalarımız var.
Dəfələrlə aidiyyatı qurumlara şikayət etsək də, baxan olmayıb. Ona görə də ölkədə restoranların mətbəxləri pis gündədir. Ciddi yoxlanış olarsa, Azərbaycanda barmaqla sayılacaq qədər restoran qalar".
Aşurovun sözlərinə görə, yalnız az sayda şirkətlər keyfiyyətli məhsul istehsal edir və onlarda qida ekspertlərinin çoxu əcnəbilərdir:
“Gənclik" və "Nərimanov" ərazilərində kifayət qədər keyfiyyətsiz dönərxanalar var. Balacalardan tutmuş hamilə qadınlara qədər hər kəs dönər yeyir. Bu, birbaşa insanları zəhərləməkdir! Vəziyyəti düzəltmək üçün ölkədə ciddi araşdırmalara ehtiyac var”.
Aydan Hacı
Telegram kanalımız