“Semaşko”da şok! Doğuş zamanı əkiz uşaqlardan biri yoxa çıxdı 

saytların hazırlanması

Evə çatdırılma

“Semaşko”da şok! Doğuş zamanı əkiz uşaqlardan biri yoxa çıxdı 

Hadisə

12 İyul 2024 15:04 4108


Həkimlər tərəfindən əkiz uşağa hamilə qaldığı deyilən qadının başına doğuş zamanı iş gəlib.

Citypost.az  xəbər verir  ki, Mədinə Hacıyevaya hamiləlik dövründə uşağının əkiz olduğu deyilsə də, doğuş zamanı ona yalnız bir uşaq verilib. Bu barədə saytımıza məlumatı qadının özü bildirib.

“2024-cü ilin yanvarın 26-da həyatımın şokunu yaşadım. Uşaq dünyaya gətirmək üçün “Semaşko” xəstəxanasına aparıldım. Müalicə və müayinə həkimim Solmaz  Mehdiyeva əməliyyata  gəlmədiyi üçün  doğuşu həmin günü  növbədə  olan Minurə Kazımova etdi. Əkiz uşağa  hamilə olduğum halda, mənə bir oğlan uşağı dünyaya gətirdiyimi  bildirdilər”,- deyə  Mədinə  Hacıyeva  bildirib. Toyuqlu pizza

Mədinə Hacıyeva doğuş həkiminin bu sözlərindən sonra şok keçirib. Şikayətçinin sözlərinə görə, ona doğuşdan  əvvəlki vaxtlarda  da bir neçə  yerdə  edilən dopler müayinələri  zamanı  əkiz  uşağa hamilə olduğu  bildirilib. Ailə üzvləri də hazırlığı məhz iki uşaq üçün görüb.

“Mənim və yoldaşımın nəslində   əkiz  uşaq  dünyaya gətirən şəxslər var. Yəni, mənim  əkiz  uşağa  hamilə  qalmaq şansım  realdır. Müayinələr zamanı həkimlər  bu diaqnozu  dəfələrlə  təsdiqləyib. Hətta doğuş  günü  “Semaşko”nun USM (Uzi) aparatında   çalışan müayinə  həkimi Zeynəb Osmanova da  mənim əkiz uşağa  hamilə  olduğumu təsdiqlədi. Hətta  doğuşdan  bir  neçə dəqiqə əvvəl uşaqların  ürək  döyüntülərinin  hansı ritmlə  vurduğunu  da  mənə  bildirdilər...”

Şikayətçi qadın daha sonra bildirib ki, bu hadisədən sonra aidiyyatı qurumlara şikayətlər edib.  Müraciət  etdiyi  dövrdə  Kliniki  Tibbi  Mərkəzin (“Semaşko”)  direktoru  Könül Ələkbərovla  da  şəxsən  görüşüb.

“Bu hadisədən sonra “Semaşko”nun rəhbəri ilə görüşdüm. O, mənə bildirdi ki, məsələnin tam  araşdırılmasını təmin edəcək .Həmin görüşdən bir  müddət sonra  uzi həkimi  Zeynəb  Osmanova  və  klinikanın  Cəmilə  adlı əməkdaşı mənə pul təklif etdi ki, şikayətləri  dayandırım. Təbii  ki, mən  bundan  imtina  etdim. Mənə övladımın  lazım olduğunu  bildirdim”,- deyə  şikayətçi  bildirib.

Mədinə Hacıyevanın sözlərinə görə, dünyaya gələcək əkiz övladlarına Əbülfəz və Ağa adlarını da düşünüblərmiş. Bu gün Ağa onlarla olsa da, Əbülfəzi görmək onlara qismət olmayıb.

Mədinə Hacıyevanın şikayət əsasında Nəsimi Rayon Prokurorluğunda, rayon prokurorunun böyük köməkçisi, II dərəcəli hüquqşünas  Vüqar Quliyevin rəhbərliyi ilə aparılan araşdırmadan sonra cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib.

Citypost.az  məsələdə adı hallanan  Kliniki  Tibbi  Mərkəzlə də əlaqə saxlayıb. Mərkəzin mətbuat xidmətinin rəhbədi  Ruzbeh Gülümov ətraflı danışmaqdan imtina edib. 

“Məsələ 6 ay öncə baş verib. Vətəndaş da müraciət edib, izah olunub. Əlavə mövqeyimiz yoxdur”,-  deyə  mətbuat  katibi  bildirib.

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!