Müğənni Sevda Əliqızı mərhum Xalq artisti Səməd Səmədovla bağlı paylaşım edib.
Yenisabah.az xəbər verir ki, ifaçı duet ortağının ölüm ildönümü olduğunu vurğulayıb.
S.Əliqızı S.Səmədovun fotosunu yayımlayaraq "Unudulmaz dostumuz, mədəni insan, Xalq artisti, minlərlə gəncə sevinc bəxş edən Səməd Səmədovun dünyasını dəyişdiyi gündür. 3 il də belə getdi. Məkanın cənnət, ruhun şad olsun.Hər zaman qəlbimizdəsən" sözlərini yazıb. pizza sifarişi
Qeyd edək ki, S.Səmədov koronavirus infeksiyasından dünyasını dəyişib.//Axşam.az
Telegram kanalımız