Şəmkir sakinindən avtomat silahlar tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Şəmkir sakinindən avtomat silahlar tapıldı

Kriminal

08 İyun 2021 15:52 1582


Şəmkir sakinindən silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyindən Yenisabah.az-a verilən xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları daxil olmuş məlumat əsasında  əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə Şəmkir rayon sakini H.Qasımzadədən “AKS-74” markalı avtomat silahı və 1 ədəd süngü bıçaq, habelə gizlətdiyi “AK” markalı avtomat silahı, 30 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!