Şəmkirdə 21 yaşlı şəxs itkin düşdü - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Şəmkirdə 21 yaşlı şəxs itkin düşdü - Fotolar

Hadisə

17 Sentyabr 2023 15:40 524


Şəmkirdə itkin düşən şəxs axtarılır.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Şəmkir rayon Şiştəpə kənd sakini, 2002-ci il təvəllüdlü Elgün Əhmədova sentyabrın 15-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

E.Əhmədovanın əlamətləri - boyu 162 santimetr, saçları qara, gözləri şabalıdı və arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində çəhrayı rəngli hicablı don olub. Sezar pizza

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-305-28-02 şəhər, 050-341-05-58 və 070-270-00-02 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!