Şəmkirdə 26 yaşlı gənc yol qəzasında öldü

saytların hazırlanması

Evə çatdırılma

Şəmkirdə 26 yaşlı gənc yol qəzasında öldü

Hadisə

28 Dekabr 2020 23:52 609


Şəmkir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, rayonun Könüllü kəndi ərazisində "VAZ" markalı minik avtomobili və “Mercedes” markalı yanacaqdaşıyan avtomobillə toqquşub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü, 1994-cü il təvəllüdlü Həsənov Murad Arif oğlunun meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!