Şəmkirdə anasını qətlə yetirən şəxsin özü də yaralanıb - TƏBİB

saytların hazırlanması

Evə çatdırılma

Şəmkirdə anasını qətlə yetirən şəxsin özü də yaralanıb - TƏBİB

Sosial

07 Oktyabr 2025 11:39 240


Şəmkirdə qətl hadisəsi zamanı ailənin övladı bıçaq xəsarəti alıb.

Yenisabah.az xəbər verir ki, xəsarət alan şəxs 2009-cu il təvəllüdlü A.H. xəstəxanaya yerləşdirilib və Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Ona sağ əlin 4-cü barmağının və budun arxa səthinin kəsilmiş yarası, sol əlin 4-cü və 5-ci barmağının proksinol nahiyəsinin didilmiş-cırılmış yarası diaqnozu təyin edilib. Marqarita pizza

Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Xatırladaq: Oktyabrın 6-da saat 18 radələrində Şəmkir rayonu Şiştəpə kəndi ərazisində 1984-cü il təvəllüdlü Röyalə Hacıyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1971-ci il təvəllüdlü Arif Hacıyevin bıçaqla xəsarətlər yetirməklə Röyalə Hacıyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Arif Hacıyev rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!