Şəmkirdə baş verən qətl hadisəsinin təfərrüatları - Video

saytların hazırlanması

Evə çatdırılma

Şəmkirdə baş verən qətl hadisəsinin təfərrüatları - Video

Kriminal

14 İyul 2021 08:06 2374


Şəmkirdə baş verən qətlin bəzi təfərruatları məlum olub.

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Mahizər Hüseynova həyat yoldaşı, 1976-ci il təvəllüdlü İntizam Hüsenovdan boşanmaq üçün məhkəməyə müraciət edib.

Bu səbəbdən İ.Hüseynov əsəbiləşərək qayınanasıgilə gələrək həyat yoldaşının ondan boşanmasına etiraz edib. İ.Hüseynov əvvəlcə qayınanasına, daha sonra həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurub. pizza

Bu barədə  mərhum Sədaqət İbadullayevanın bacısı deyib. Onların sözlərinə görə, İntizam bir neçə dəfə onlara gələrək ailələrini öldürməklə hədələyib. Qeyd edək ki, M.Hüseynova İ.Hüseynovun əmisi qızıdır.

Xatırladaq ki, Şəmkir rayonunun Şiştəpə kənd sakini 1976-cı il təvəllüdlü İntizam Hüseynov ailə münaqişəsi zamanı həyat yoldaşını bıcaqlayaraq, qayınanasını öldürəndən sonra hadisə yerindən yayınıb. İ.Hüseynov Şəmkir Rayon Polis şöbəsinin və Prokrorluq əməkdaşlarının keçirdikləri birgə əməliyyat zamanı saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!