Şəmkirdə baş verən torpaq uçqunu ilə bağlı   RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Şəmkirdə baş verən torpaq uçqunu ilə bağlı RƏSMİ AÇIQLAMA

Hadisə

08 İyun 2021 22:31 849


Fövqəladə Hallar Nazirliyi Şəmkirdəki torpaq uçqunu ilə bağlı məlumat yayıb.

Yenisabah.az xəbər verir ki,  açıqlamada rayonun Sərxan kəndində bir nəfərin torpaq uçqunu altında qaldığı bildirilir.  FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri uçqun baş verdiyi əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, ərazidə aparılan qazıntı işləri zamanı torpaq uçqunu baş verib və orada işləyən 1983-cü il təvəllüdlü Məmmədov Rövşən Məzahir oğlu təqribən 5 metr dərinlikdə çuxura yıxılaraq müxtəlif xəsarətlər alıb və torpaq uçqunu altında köməksiz vəziyyətdə qalıb. Pepperoni pizza

Yanğınsöndürən-xilasedicilərin çevik müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində R.Məmmədov çuxurdan çıxarılıb təcili və təxirəsalınmaz tibbi yardım briqadasına təhvil verilməklə xilas olunması təmin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!