Şəmkirdə ev yanır

saytların hazırlanması

Evə çatdırılma

Şəmkirdə ev yanır

Hadisə

07 Yanvar 2025 20:07 556


Şəmkir rayonunda fərdi evlərdən birində yanğın başlayıb. 

Yenisabah.az xəbər verir ki, hadisə rayonun Çinarlı Qəsəbəsində İsmət Qayıbov küçəsində qeydə alınıb.

Qəsəbə sakini Elmidar Həsənova məxsus dörd otaqlı evin zirzəmisindən başlayan yanğın otaqlardan birinə keçib. Hadisə yerinə Şəmkir rayon Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb olunub. Dördpendirli pizza

İlkin ehtimala görə, hadisəyə səbəb elektrik naqillərində yaranan qısaqapanmadır. Hazırda qəsəbəyə verilən elektrik enerjisi də kəsilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!