Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
Yenisabah.az xəbər verir ki, hadisə rayonun Abbaslı kəndində qeydə alınıb.
33 yaşlı Süleymanova Şəhla və Tağıyeva Şəlalə bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal hər iki xəstə əməliyyat olunub, vəziyyətlərinin kafi olduğu bildirilir. Pepperoni pizza
Hadisəni törədən şəxs bacılardan birinin – 1987-ci il təvəllüdlü Tağıyeva Şəlalənin keçmiş həyat yoldaşı, 1977-ci il təvəllüdlü Gürzal Alıyevdir.
Faktla bağlı araşdırma aparılır./APA
Telegram kanalımız