Şəmkirdə İNTİHAR: Oğlu ilə mübahisə edən qadın özünü asdı

saytların hazırlanması

Evə çatdırılma

Şəmkirdə İNTİHAR: Oğlu ilə mübahisə edən qadın özünü asdı

Hadisə

29 May 2021 10:38 1873


Şəmkir rayonunda 41 yaşlı qadın özünü ağacdan asaraq intihar edib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun İrmaşlı kəndində qeydə alınıb.

Şəmkir rayon sakini, 41 yaşlı Samirə Quliyeva yaşadığı evin həyətində ağacdan özünü asaraq intihar edib. Onun meyiti qaynanası tərəfindən aşkarlanıb. Sezar pizza

İlkin məlumatlara görə, qadın oğlu ilə mübahisə edib və daha sonra özünü asıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, hadisənin dəqiq başvermə səbəbləri araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!