Şəmkirdə qadın bədbəxt hadisə nəticəsində öldü

saytların hazırlanması

Evə çatdırılma

Şəmkirdə qadın bədbəxt hadisə nəticəsində öldü

Hadisə

08 Dekabr 2023 18:38 814


Şəmkirin Şeyidlər kəndində yerli sakin ehtiyatsızlıqdan hovuza düşərək ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə kəndin məktəbində qeydə alınıb.

Orada işçi olaraq çalışan 38 yaşlı Uğuzova İradə Oruc qızı məktəbin hovuzundan su götürən zaman ehtiyatsızlıqdan ora yıxılıb. Qadın boğularaq ölüb. pizza mizza

Qeyd edək ki, mərhum ailəli olub, 2 qızı var. Qadın məktəbdə ocaqçı olaraq çalışırmış.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!