Şəmkirdə reyd: Qaydaları pozanlar məsuliyyətə cəlb olundu

saytların hazırlanması

Evə çatdırılma

Şəmkirdə reyd: Qaydaları pozanlar məsuliyyətə cəlb olundu

Rəsmi

08 Avqust 2021 20:26 943


Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, keçirilən növbəti belə tədbir zamanı dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb.

Bundan başqa araşdırmalar zamanı piyadalara yol verməyən sürücülər ilə bərabər piyada keçidlərindən istifadə etməyən vətandaşlar da müəyyən edilərək barələrində qanunamüvafiq tədbir görülüb. Ümumilikdə 30-dan çox rayon sakini barəsində inzibati protokol tərtib edilərək məsuliyyətə cəlb olunub. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!