Şəmkirdə saxta araqlar tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Şəmkirdə saxta araqlar tapıldı

Sosial

20 Noyabr 2025 09:54 341


Şəmkir şəhərində mağazada ümumi miqdarı 127,6 litr olan 203 ədəd saxta araq aşkarlanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Mağazada "Belaya", "Organic Ultra", "Organic Brand", "Organic Free", "Organic Ekskluziv", "Oscar", "Sobranie", "Ağsu", "İCE", "Organic", "Moskovskiy" əmtəə nişanlı 203 ədəd saxta araqlar aşkar edilərək satışdan kənarlaşdırılıb. Məhsulların müşayiətedici sənədlərinin olmadığı, etiket məlumatlarının yanlış qeyd edildiyi müəyyən olunub. Toyuqlu pizza

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, saxta məhsulların satışının dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib. Məsələyə hüquqi qiymət verilməsi üçün faktla bağlı materialların hüquq-mühafizə orqanına göndərilməsi nəzərdə tutulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!