Şəmkirdə yanğın törədən şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Şəmkirdə yanğın törədən şəxs tutuldu

Kriminal

14 Fevral 2022 09:40 507


Şəmkirdə ot tayasını yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, 2021-ci ilin dekabr ayının 26-da Şəmkir rayon Polis Şöbəsinin Kür Polis Bölməsinə rayonun Qapanlı kəndində yerləşən fermalardan birində yanğın olması barədə məlumat daxil olub. Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib. Araşdırmalar zamanı məlum olub ki, fermadakı ot tayası naməlum şəxs və ya şəxslər tərəfindən yandırılıb.

Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa məxsus, ümumi dəyəri 190 000 manat olan 60 000 ədəd arpa və yonca ot bağlamalarını yandırmaqda şübhəli bilinən Qapanlı kənd sakini Abbas Heydərov saxlanılıb. Saxlanılan şəxs ifadəsində ferma sahibinin kirvə qohumluğundan imtina etdiyinə görə hadisəni törətdiyini etiraf edib. Dördpendirli pizza

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!