Şəmkirdə yas mərasimi yarımçıq dayandırıldı, din xadimi saxlanıldı - Video

saytların hazırlanması

Evə çatdırılma

Şəmkirdə yas mərasimi yarımçıq dayandırıldı, din xadimi saxlanıldı - Video

Kriminal

04 İyul 2020 20:20 1350


Şəmkirdə sərt karantin rejiminə baxmayaraq təşkil olunan yas mərasimi dayandırılıb.

Rayon İcra Hakimiyyətindən Yenisabah.az-a verilən məlumata görə, hadisə Aşağı Seyfəli kəndində baş verib.

Rayon icra başçısı Alimpaşa Məmmədov və hüquq-mühafizə orqanlarının əməkdaşları həmin ünvana gedərək mərasimi dayandırıblar. Dominos pizza

Yası təşkil edən şəxslər cəzalandırılıb, iştirak edən kənd sakinləri barəsində isə karantin qaydalarının pozulmasına görə tədbirlər görülüb.

Eyni zamanda qadağalara baxmayaraq, mərasimində iştirak edən kəndin din xadimi hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!