Tez-tez açıq-saçıq paylaşımları ilə gündəmə gələn müğənni Səmra Rəhimli bu dəfə rəqsi ilə diqqət çəkib.
Yenisabah.az xəbər verir ki, “Eurovision-2016” mahnı yarışmasında ölkəmizi təmsil edən Səmranın açıq-saçıq geyimdə, qeyri-adi saç düzümü və alnına çəkdirdiyi böyük göz işarəsi ilə rəqs etməsi izləyicilər tərəfindən xoş qarşılanmayıb.
Yeni klipinin çəkilişlərinə başlayan ifaçının “Parlayıram brilliant kimi, qururam pis plan” şərhi ilə paylaşdığı video izləyicilərin qəzəbinə tuş gəlib. Onlar görüntülərə “Şeytana oxşayırsan”, “Alnındakı masson işarəsidir”, “Ramazan ayında paylaşdığınız şeyə bax”, “Massonluğu təbliğ edir” kimi şərhlər yazsa da, Səmra obnları cavabsız qouyub. Sezar pizza
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız