Şəmsəddin Hacıyev bağa gedib

saytların hazırlanması

Evə çatdırılma

Şəmsəddin Hacıyev bağa gedib

Sosial

18 İyun 2020 08:00 1661


Sosial şəbəkələrdə Ağstafa rayonuna yeni təyin olunan icra başçısının həyat yoldaşı Çeşmi Hacıyevanın “Azəriqaz” İstehsalat Birliyinə 115 min manat borcu olduğu barədə məlumat yayılıb.

İddia edilir ki, borc icra başçısının ailəsinin biznes fəaliyyəti ilə əlaqədardır.

Məsələ barədə “Azəriqaz” İstehsalat Birliyindən bildirib ki, qurumla istixana istifadəçisi, fiziki şəxs Hacıyeva Çeşmi Şəmsəddin qızı arasında 5 noyabr 2019-cu ildə debitor borcun ödənilməsinə dair razılaşma protokolu imzalanan vaxt qarşı tərəfin Birliyə olan borcu 105 490 manat təşkil edib. Dominos pizza

Xatırladaq ki, Çeşmi Hacıyeva keçmiş millət vəkili, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin hacıyevin qızıdır. 

Moderator.az-ın əməkdaşı Şəmsəddin Hacıyevlə əlaqə saxlayıb və telefon zənginə özünü Ş.Hacıyevin köməkçisi kimi təqdim edən şəxs cavab verib. O, sualı dinlədikdən sonra Ş.Hacıyevin bağda olduğunu bildirib:

"Şəmsəddin müəllim bağdadır. Yalan sözdür, qızının heç bir qaz borcu yoxdur. Bunu özündən soruşarsınız. Sabah telefon onda olacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!