Semyon Peqov daha bir yalan xəbər paylaşdı: Bu dəfə özü haqda

saytların hazırlanması

Evə çatdırılma

Semyon Peqov daha bir yalan xəbər paylaşdı: Bu dəfə özü haqda

Kriminal

09 Noyabr 2020 15:48 2272


Qarabağ müharibəsi ilə bağlı ermənilərin maraqlarına xidmət edən “fake news”lar yayan “Wargonzo” kanalının qurucusu Rusiya vətəndaşı Semyon Peqov bu dəfə özü ilə bağlı yalan məlumat yayıb. 

“Yeni Sabah” xəbər verir ki, o sosial şəbəkədə paylaşım edərək haqqında cinayət işinin açıldığını, istintaqa cəlb olunduğunu bildirib. O paylaşımında qeyd edib: “İttiham irəli sürmək üçün mənim Rusiya Federesiyası İstintaq Komitəsinə gəlməyimi istəyirlər. İttiham siyasi motivli deyil. Məni  dələduzluqda ittiham edirlər. 4 il əvvəl 660 milyon rublun oğurlandığı bankda sadə kassir işləmişəm. Əgər 4 il ərzində bu iş üzrə şahid idimdisə, indi məni oğurluqda günahlandırırlar”.

Məlum olur ki, əslində bu çağırış Peqovun özü ilə bağlı deyil. O, dostlarından birinə gələn çağırışı paylaşıb və “ənənəsinə” sadiq qalaraq özünün oğurluqda ittiham edilməsi haqda yalan məlumat paylaşıb.   Dominos pizza

Xatırladaq ki, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Semyon Peqov barəsində cinayət işi başlanılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!