“Sən heç vaxt bu dövlətə xidmət etməmisən!” – Partiya sədrindən Mehdiyevə cavab 

saytların hazırlanması

Evə çatdırılma

“Sən heç vaxt bu dövlətə xidmət etməmisən!” – Partiya sədrindən Mehdiyevə cavab 

Siyasət

26 Avqust 2020 09:10 1744


“Bizi şərəf və ləyaqətini guya ləkələdiyimiz və alçaltdığımız üçün xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb etməklə hədələyən Ramiz Mehdiyev tam 20 il bundan əvvəl elə bu günlərdə şəxsən göstəriş verərək qondarma ittihamla mənim və daha 3 əqidə yoldaşımın barəsində cinayət işi açdırmış və həbsə atılmağımıza nail olmuşdu”.

“Yeni Sabah” xəbər verir ki, bunu AMİP sədri Arzuxan Əlizadə deyib. O, bildirib ki, o zaman parlamentdə olan bir qrup millət vəkili hüquqlarının müdafiə komitəsi yaratmışdı. 

“Komitəyə Gülnarə Qurbanova (mərhum Şıxəli Qurbanovun qızı) rəhbərlik edirdi. Haqsız həbs olunmağımızla bağlı məsələ həmçinin Avropa məkanına da çıxarılmışdı. Nəhayətdə qondarma cinayət işi cərimə olunmağımızla yekunlaşdı. Dördpendirli pizza

İndi ay Ramiz Mehdiyev, qılıncının dalı və qabağı kəsdiyi bir vaxtda istəyinə nail ola bilmədiyin halda bu gün hədələyib nə edəcəksən? Bir əqidəyə xidmət etdiyini deyirsən, hər kəs sənin hansı əqidəyə xidmət etdiyini yaxşı bilir axı. Sən haralara xidmət eləsən də heç vaxt bu dövlətə xidmət etməmisən! Yaxşı olar ki, ayıbına kor ol və sus!”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!