Sənay Qəhrəmanlının təcavüzə məruz qalması haqda – Prokurorluqdan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Sənay Qəhrəmanlının təcavüzə məruz qalması haqda – Prokurorluqdan açıqlama

Kriminal

18 Oktyabr 2021 16:26 1019


27.07.2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması barədə müraciəti əsasında Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə Yasamal rayon prokurorluğunda başlanmış cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə istintaqın davam etdirilməsi İstintaq idarəsinə həvalə edilib.

“Yeni Sabah”ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri həyata keçirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən kütləvi informasiya vasitələri və sosial media nümayəndələrinə müraciət edilərək, bu qəbildən olan həssas mövzularla bağlı etik və qanunvericilik normalarına riayət edilməsi, dəqiqləşdirilməmiş və istintaqın gedişinə mane ola biləcək məlumatların yayılmaması xahiş olunur. Sezar pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!