Ülkər Səttarova əmr imzaladı, Nasim Abışova vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Ülkər Səttarova əmr imzaladı, Nasim Abışova vəzifə verildi

Sosial

10 Oktyabr 2025 09:15 374


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecinə yeni direktor təyin olunub. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova əmr imzalayıb.

Əmrə əsasən, Nasim Abışov kollecin direktoru vəzifəsinə təyinat alıb.  Marqarita pizza

Qeyd edək ki, N.Abışov bakalavr təhsilini Bakı Dövlət Universitetində “kimyaçı, kimya müəllimi” ixtisası üzrə tamamlayıb, “fiziki kimya” ixtisası üzrə aspirantura təhsili alıb. O, kimya elmləri üzrə fəlsəfə doktoru, pedaqogika elmləri doktoru elmi dərəcələrinə sahibdir. Həmçinin Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü və professor elmi adına layiq görülüb.

O, müxtəlif illərdə pedaqoji və rəhbər vəzifələrdə çalışıb. Belə ki, Azərbaycan Dövlət Neft Akademiyasında Fiziki kimya kafedrasında assistent, H.Əliyev adına Müasir Təhsil Kompleksində kafedra müdiri, tədris hissə müdiri və direktor, Bakı Dövlət Universitetində “Kimyanın tədrisi metodikası” kafedrasında dosent və professor olaraq fəaliyyət göstərib.

Nasim Abışov həmçinin 178 nömrəli tam orta məktəbin və İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyin direktoru olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!