Şənbə-bazar “Gənclik”də yarmarka olacaq

saytların hazırlanması

Evə çatdırılma

Şənbə-bazar “Gənclik”də yarmarka olacaq

Sosial

07 Avqust 2025 17:29 364


Avqustun 9-10-da Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda növbəti “Kənddən Şəhərə” yarmarkası keçiriləcək.

Yenisabah.az xəbər verir ki, yarmarkada 20 rayondan 25-ə yaxın fermer iştirak edəcək. Onlar 90-a yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunu şəhər sakinlərinə təqdim edəcəklər.

Məhsulların təhlükəsizliyinə və keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək.  pizza sifarişi

Yarmarka iki gün ərzində, saat 09:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) fəaliyyət göstərəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    Bilmək istərdim ki BELƏ YARMARKALAR SUMQAYITDA NİYƏ KEÇİRİLMİR?
    9 months ago