Şənbə günü hava necə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Şənbə günü hava necə olacaq?

Sosial

04 İyul 2025 13:09 242


Milli Hidrometeorologiya Xidməti iyulun 5-də gözlənilən hava proqnozunu açıqlayıb.

Yenisabah.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. pizza

Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-28° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin dağlıq ərazilərdən başlayaraq arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 28-32° isti, dağlarda gecə 5-10° isti,gündüz 12-17° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!