Bakıda 20 dərəcə isti olacaq -   Şənbə gününün havası

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 20 dərəcə isti olacaq - Şənbə gününün havası

Sosial

10 Aprel 2026 13:09 343


Aprelin 11-də gözlənilən hava proqnozu açıqlanıb.

Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Dördpendirli pizza

Havanın temperaturu gecə 8-11° isti, gündüz 13-16° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % olacaq

Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!