Daha bir vətəndaş sosial şəbəkədə dələduzluğun qurbanı olub.
"Yeni Sabah" milli.az-a istinadla xəbər verir ki, adının bilinməsini istəməyən Binəqədi sakini "Instagram"da "gozeldualar55" hesablarını idarə edən Gülgəz Mahmudovadan şikayətlənib.
Həmin qadın onun 17 min manat vəsaitini ələ keçirib. pizza sifarişi
Şikayətçinin sözlərinə görə, hesabların adları diqqətini çəkdiyindən qarşı tərəfə yazıb və müəyyən müddət ünsiyyətdən sonra Gülgəz Mahmudova ona "ruhunda cadu olduğu", gələcəkdə "xərçəng xəstəliyinə tutulacağı" kimi fikirlər aşılayaraq dərhal "təmizlənmə" təklif edib.
Bu bəhanə ilə şikayətçidən 2024-cü ildən 2025-ci ilin oyabrınadək mərhələlərlə külli miqdarda pul alıb.
Anonim şəxs son ödənişin Səbail rayonu ərazisində edildiyi və məsələnin artıq Səbail Rayon Polis İdarəsinə şikayət kimi təqdim olunduğu qeyd edib.
Telegram kanalımız