“Sendviçin arasına sim kart qoyub yedim”   – Məşhur müğənni

saytların hazırlanması

Evə çatdırılma

“Sendviçin arasına sim kart qoyub yedim” – Məşhur müğənni

Şou

20 May 2020 17:22 1756


Türkiyəli müğənni İrem Derici qonaq olduğu “YouTube” kanalında verdiyi açıqlamaları ilə gündəmə gəlib. 

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir, ifaçı kariyerasının əvvəlində anoreksiyadan əziyyət çəkdiyini bildirib: “İl yarım əvvəl gözlərimi açanda ətrafımda ağ önlüklü adamlar, qollarımı da ətrafımda bağlı gördüm. Halbuki sonuncu dəfə Konyaya gedirdim. Ora necə gəldiyimi bilmirdim. Bir il yarımdan çox vaxt keçib deyə, rahatlıqla danışa bilirəm. Problemim olanda özümə etiraf edə bilmirdim. Məsələn, xəstə olanda çubuq kimi gəzirdim, amma düşünürdüm ki, dünyanın ən seksual qadınıyam. 40 kilolara enəndən sonra sinə də qalmamışdı. Həkimə dedim ki, məni əməliyyat et, o da sinəmi başım boyda etdi. Daha sonra 20 kilo kökəldim, süd ana kimi gəzirdim”.

Sənətçi daha sonra bildirib ki, xəstəxanaya aparıldığı gün Konyaya getməyə hazırlaşırmış: “Hava limanında oturmuşduq, birdən telefonum zəng çalıb, gülümsəyəcək qulağımdakı sırğa ilə telefondan sim kartı çıxarmışam, dostumun sendviçini götürüb sim kartı içinə qoyub yemişəm. Sonra da “İndi zəng et görüm, necə edirsən” demişəm. Amma bunların heç birini xatırlamırdım. Gözümü açanda əllərim bağlı psixiatrın qabağında oturmuşdum”. Dördpendirli pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!